manera.az
manera.az

İndoneziya səfiri ADU-da dərs keçib

📅 20.09.2017 10:27

İndoneziya səfiri ADU-da dərs keçib
Sentyabrın 19-da İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərbaycan Dillər Universiteti ilə qarşılıqlı razılaşma əsasında universitetin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan 256-cı qrup tələbələrinə İndoneziyanın siyasi sistemi fənnindən dərs keçib.

Təmsil etdiyi ölkənin siyasi tarixi haqqında ətraflı məlumat verən səfir İndoneziya xalqının müstəqillik mübarizəsi, vahid xalq, vahid dil və vahid ərazi ideologiyası uğrunda apardığı mübarizəsindən danışıb. O, həmçinin ölkəsinin dünyada multikultural ölkə kimi tanınmasından bəhs edib.

İndoneziya Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə keçirilən dərs interaktiv şəkildə davam edib, səfir tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Auditoriya+ proqramı çərçivəsində səfir cari il ərzində həftədə bir dəfə olmaqla “İndoneziyanın siyasi sistemi”, “İndoneziyada siyasi partiyalar”, “İndoneziyanın konstitusion sisteminin özəllikləri”, “Pancasila fəlsəfəsinin əsasları”, “Pancasila İndoneziya xalqının fəlsəfi ideologiyası” və digər mövzularda tələbələrə mühazirə oxuyacaq.
İndoneziya səfiri ADU-da dərs keçib


Baxış sayı - 1 363 | Yüklənmə tarixi: 20.09.2017 10:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031