Çexiya səfiri BSU-da mühazirə oxudu _MANERA
![]()
Çexiya Respublikasının Azərbaycandakı səfirliyi Bakı Slavyan Universitetində mühazirələr və çex dilindən praktik dərslər təşkil edib.
MANERA.AZ xəbər verir ki, tələbələrə ilk mühazirəni Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənab Vitezslav Pivonka oxuyub.
Vitezslav Pivonka Çexiyanın XV-XVII əsrlərdəki ictimai-siyasi vəziyyəti ilə XX əsrdə cərəyan edən prosesləri müqayisə edib, ölkəsinin dünya dövlətləri ilə bugünkü münasibətlərindən söz açıb.
Səfirin mühazirəsi Çexiyaşünaslıq üzrə təhsil alan tələbələrinin marağına səbəb olub.
Mövzu ətrafında diskussiyalar aparılıb, daha sonra tələbələrin sualları səfir tərəfindən cavablandırılıb.
Qeyd edək ki, mühazirələr mütamadi olaraq I semestr ərzində səfirliyin digər əməkdaşları tərəfindən aparılaraq, Çexiyanın tarixi, siyasi əlaqələri, iqtisadiyyatı, qədim kökləri, adət-ənənələri, mədəniyyəti kimi mövzuları əhatə edəcək.