manera.az
manera.az

Səlim Babullaoğlu İndoneziya səfiri ilə görüşüb

📅 17.08.2017 21:02

Səlim Babullaoğlu  İndoneziya səfiri ilə  görüşüb
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu İndoneziya Respublikasının Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüsnan Bəy Fənanini onun rezidensiyasında ziyarət edib. Görüşdə Azərbaycan- İndoneziya ədəbi əlaqələrinin, ədəbi mübadilə işinin inkişafı perspektivləri müzakirə edilib.

Mərkəzin sədri Səlim Babullaoğlu görüşlə bağlı MANERA.AZ-a açıqlamasında deyib:

“Mən cənab Səfiri “Tuna” mətbəəsinin rəhbəri, tanınmış naşir, dostum Rəşid Çulaqovla birlikdə ziyarət etdim. Görüşdə təşəbbüskar Bədii Tərcümə Mərkəzi idi, biz idik. Xoş bir görüş oldu. Bu gün indoneziyanın Müstəqllik Günüdür. Bir gün əvvəldən vaxt darlığı və məxsusi hazırlıq tədbirləri olsa da cənab Səfir bizi qəbul elədi və uzun söhbət elədik. Səfir Hüsnan Bəy Fənani ədəbiyyatı bilən, sevən, ədəbiyyata bağlı insandır. Əsl ruh adamıdır. Maraqlı söhbət etdik, fikir mübadiləsi elədik. Azərbaycan- İndoneziya ədəbi əlaqələrinin, ədəbi mübadilə işinin inkişafı perspektivləri haqqında xeyli danışdıq, ümumi rəyə və razılığa gəldik....”-


Baxış sayı - 1 687 | Yüklənmə tarixi: 17.08.2017 21:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930