manera.az
manera.az

"Parafraz" saytının təqdimat mərasimi keçiriləcək

📅 20.09.2017 10:07

"Parafraz" saytının təqdimat mərasimi keçiriləcək
Sentyabrın 24-ü, saat 16:00-dan 18:00-dək "BookZone" Kitab evində "Parafraz" xəbər portalının təqdimat mərasimi keçiriləcək.

Tədbirdə yerli media təmsilçiləri, şair və yazıçılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Təqdimat mərasimilə bağlı məlumat verən saytın baş redaktoru Cavid Qədir qeyd edib ki, xəbər portalı oxucuları, əsasən, ölkədə və dünyada baş verən mədəniyyət, incəsənət, ədəbiyyat hadisələri ilə bağlı məlumatlandıracaq.

Eyni zamanda, saytda bu istiqamətdə müəllif yazılarının, müsahibə və materialların işıqlandırlması nəzərdə tutulub.

Bundan başqa, "Parafraz" oxuculara gündəlik ictimai-siyasi həyatda baş verən yeniliklərlə bağlı dolğun informasiya çatdıracaq.

Qeyd edək ki, təqdimat mərasiminin keçiriləcəyi "BookZone" Kitab evi Bakı Dövlət Universitetinin qarşısında yerləşir.

Ünvan: Bəxtiyar Vahabzadə küçəsi, 5.

Əlaqə nömrəsi: 070-920-18-55.


Baxış sayı - 1 261 | Yüklənmə tarixi: 20.09.2017 10:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031