manera.az
manera.az

Kitab Sərgisində endirim olacaq - MANERA.AZ


 Kitab Sərgisində endirim olacaq -  MANERA.AZ
16-18 sentyabr tarixlərində IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

MANERA.AZ xəbər verir ki, Hədəf Nəşrləri və “XAN” nəşriyyatı iki stendlə yarmarkada iştirak edəcək. Sərgi müddətində oxucular hər iki nəşriyyatın kitablarını 20-25 faizlik endirimlə əldə edə biləcəklər. Hədəf Nəşrləri sərgiyə 100 adda metodik, 60 adda uşaq kitabı, “XAN” nəşriyyatı isə 150 adda bədii kitab ilə qatılacaq.

Sentyabrın 17-si saat, 17:00-da filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiqin yeni çap edilmiş “Arvadsız kişi” hekayələr kitabının imza və təqdimat mərasimi keçiriləcək. Tədbirdə hər hansı bir gənc yazarın kitabını alan oxucuya “Arvadsız kişi” hekayələr kitabı pulsuz hədiyyə olunacaq.
Sentyabrın 18-i, saat 14:00-da detektiv yazıçı Müşfiq XANın imza mərasimi keçiriləcək.

Bununla yanaşı sentyabrın 17-si saat 16:00-dan, 17:00-a qədər Hədəf Nəşrlərinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan “Yazıçılarımızı dünyaya tanıdaq” kitab dəsti oxuculara təqdim olunacaq.

Qeyd edək ki, layihə çərçivəsində çap olunan “Yazıçılarımızı dünyaya tanıdaq” nəşrlərində Azərbaycanın iyirmi tanınmış yazıçısının həyat və yaradıcılığı haqqında məlumat verilir, onların əsərlərindən müəyyən nümunələr təqdim edilir. İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.

Sərginin rəsmi bağlanış mərasimi sentyabrın 18-i, saat 16:00-da baş tutacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31