manera.az
manera.az

Filmlərimiz beynəlxalq festivallarda

Filmlərimiz beynəlxalq festivallarda
Bu yaxınlarda Trabzon beynəlxalq film festivalı keçirilib. Müxtəlif ölkələrdən ekran əsərlərinin iştirak etdiyi festivalda ölkəmiz Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” və Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmləri ilə təmsil olunub. Hər iki film festivalın beynəlxalq müsabiqə proqramında nümayiş etdirilib. Ölkəmizdən festivala, həmçinin rejissor Fehruz Şəmiyev “Yol” filmi ilə qatılıb.

“Qırmızı bağ” bədii filmi üç “Altın kamança” mükafatına layiq görülüb. Akrtrisa Gülzar Qurbanova “Ən yaxşı qadın rolu”, aktyor Maqsud Məmmədov “Ən yaxşı kişi rolu”, Taleh Bədiyev filmdə aktyor oyununa görə “Münsiflər heyətinin xüsusi mükafatı” ilə təltif olunub.

“Qırmızı bağ” filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Film Qazaxıstanın 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg, Misirin 38-ci Qahirə, Türkiyənin 5-ci “Van gölü” və Bolqarıstanın 9-cu “Sofia MENAR, Avstriyanın “LET’S CEE”, Türkiyənin Alanya Beynəlxalq film festivallarında iştirak edib.

Bu ekran əsəri, həmçinin Bakıda keçirilən 7-ci Avropa film festivalında da təmsil olunub. Rusiyada 30-cu “Nika” mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi” üzrə nominant elan edilib.

“Dərs” filmi də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen film festivalında gerçəkləşib. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, 23-cü “Listapad” Minsk beynəlxalq film festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb, 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq film festivalının əsas proqramında nümayiş olunub. Quruluşçu rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkül “Yeniyetmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması”na görə diplom ilə təltif ediliblər. “Dərs” filmi, həmçinin 5-ci Delhi və 15-ci Dəkkə beynəlxalq film festivallarında da nümayiş olunub.

Azərbaycan əsilli rejissor Rodion İsmailovun “Plaskart” sənədli filmi Avstriyada keçirilən “Der Neue Heimatfilm” (“Vətən haqqında yeni film”) kinofestivalında nümayiş etdirilib.

Avqustun 23-dən 27-dək Avstriyanın Frayştadt şəhərində keçirilən kinofestivalda ənənəvi olaraq bədii və sənədli filmlər nümayiş olunub. Bu il ən yaxşı sənədli ekran işi “Plaskart” filmi olub.

M.MÜKƏRRƏMOĞLU,
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31