manera.az
manera.az

İstanbulda kitab yarmarkası olacaq

İstanbulda kitab yarmarkası olacaq
Noyabrın 4-dən 12-dək İstanbulda keçiriləcək 36-cı Beynəlxalq Kitab Yarmarkası TÜYAP-da öz işinə başlayacaq.

MANERA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarmarkaya qardaş ölkə də daxil olmaqla 800-dən artıq nəşriyyatın, ictimai təşkilatın qatılacağı gözlənilir.

Yarmarkada 9 gün boyunca tədbirlər, şeir gecələri və uşaq ədəbiyyatına həsr edilən müzakirələr, imza günləri təşkil olunacaq.

Yarmarkanın fəxri qonağı olan Ayla Kutlunun həyatı və əsərləri haqqında özünün də iştirakı ilə müxtəlif panellər və söhbətlər təşkil ediləcək.

Builki mövzusu “Yaxşı ki, varsan ədəbiyyat” adlanan yarmarkaya bu il qonaq ölkə kimi Koreya Respublikası dəvət edilib.

Yarmarkanın tədbirlər planı sentyabrın ikinci yarısında açıqlanacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31