manera.az
manera.az

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

📅 05.12.2016 12:12


Fəvvarələr meydanında “Nargis Fund”un rəhbərliyi və “Amapola Exclusive Events” təşkilati dəstəyi ilə növbəti, dördüncü “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb.

Yarmarka 2017-ci il yanvarın 15-dək davam edəcək. Ənənəyə görə, tədbirdə toplanmış vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaq. “Nargis Fund” yarmarkanın sponsorları - Azərbaycan Beynəlxalq Bankı, “Amapola Exclusive Events”, “Caspian Drilling Company”, SEBA (Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), “Azərişıq”, “Elevatione”, “Norm”, “Fresh Catering” ilə birlikdə ehtiyacı olan uşaqlara (müalicə, cərrahiyyə əməliyyatı və sair) kömək göstərəcək.

Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanındakı kiçik taxta evlərdə təşkil edilib. Burada doğmalar və yaxın adamlar üçün Yeni İl hədiyyələri, suvenirlər, kitablar, geyim və şirniyyat almaq, bununla da ehtiyacı olan uşaqlara böyük sevinc bəxş etmək olar. Satışa yalnız müxtəlif şirkətlərin məhsulları deyil, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanan məmulatlar çıxarılıb.

Yarmarka günlərində keçiriləcək əyləncəli proqramlarda Şaxta Baba və Qar Qız, habelə sevimli nağıl qəhrəmanlarını da görmək mümkün olacaq.


Baxış sayı - 1 412 | Yüklənmə tarixi: 05.12.2016 12:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930