manera.az
manera.az

Kitab yarmarkası təşkil olunacaq - Bakıda

📅 11.08.2017 15:30

Kitab yarmarkası təşkil olunacaq - Bakıda

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq kitab sərgi-yarmarkası 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açacaq.

Nazirlikdən MANERA.AZ-a verilən məlumatda bildirilir ki, sərgi sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında təşkil olunacaq.

Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.

Sərgidə 150-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirakı gözlənilir.

Artıq ənənə halını alan bu kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar, ədəbi-işgüzar müzakirələr keçirilir.

Sərginin son günü iştirakçılar arasından seçilmiş qaliblərə “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” mükafatları təqdim olunur.


Baxış sayı - 1 296 | Yüklənmə tarixi: 11.08.2017 15:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031