manera.az
manera.az

“Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb

“Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb


Bu günlərdə “APOSTROFF” nəşriyyatında Naxşıvan teatr tarixinin tədqiqatçısı, görkəmli teatrşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, mərhum Cəlil Vəzirovun “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb.

Kitabda Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan, quruluş verdiyi tamaşalardan, Naxçıvan teatr mühütinə gətirdiyi yeniliklərdən, qazandığı uğurlardan bəhs olunur. Bununla yanaşı, topluda Naxçıvan teatr tarixinə nəzər salınır, paralel müqayisələr aparılır, xüsusiilə də XX əsrin 80-ci illərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının fəaliyyəti geniş şəkildə araşdırılır.
Kitabın ön sözünun müəllifi Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, redaktoru Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Samir Sədaqətoğlu, rəyçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, korrektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vəfa Mühacirova, naşiri Akif Dənzizadədir.
Kitab teatr sahəsində fəaliyyət göstərən mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Turan Etibaroğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930