manera.az
manera.az

Əliqismət Lalayev münsiflər heyətində _MANERA

Əliqismət Lalayev münsiflər heyətində _MANERA
Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu” Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə bu ilin may ayında Yekatirinburq şəhərində gənc vokalçıların və operetta ifaçılarının SSRİ Xalq artisti Vladimir Kuroçkin adına VI Beynəlxalq müsabiqəsini keçirəcəkdir.

Belə bir nüfuzlu müsabiqənin təşkilat komitəsi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə dəvət məktubu göndərərək onun müsabiqənin münsiflər heyətinə üzv seçilməsini bildirib. Dünyanın bir sıra musiqili teatr sənətçilərinin də daxil olduğu münsiflər heyətinin rəhbəri Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.
Operetta və muzikl çərçivəsində “Vokal və səhnə sənəti” nominasiyasında keçiriləcək müsabiqəyə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər qatıla biləcəklər.

Müsabiqə 2016-cı il 16-21 may tarixlərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031