manera.az
manera.az

Əliqismət Lalayev Beynəlxalq müsabiqədə münsif olacaq |MANERA.AZ

Əliqismət Lalayev Beynəlxalq müsabiqədə münsif olacaq |MANERA.AZ
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev Rusiya Federasiyasının Yekatrinburq şəhərinə yola düşüb.

Səfər SSRİ Xalq artisti Vladimir Kuroçkin adına “Gənc Operetta və Muzikl Artistlərinin VI Beynəlxalq müsabiqəsi”nin Təşkilat Komitəsinin dəvəti ilə baş tutub. Belə ki, Ə. Lalayev bu nüfuzlu Beynəlxalq müsabiqədə münsiflər heyətinin üzvi kimi iştirak edəcək

. Müsabiqə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı, Musiqili Teatrların Beynəlxalq Assosasiyası, “Qerard Vasilyev adına operetta janrının qorunub saxlanması və inkişafı fondu”, Sverdlovsk Vilayət Mədəniyyət Nazirliyi və Sverdlovsk Vilayət Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilir.

Münsiflər heyətində Fransa, Almaniya, Belarus, Rusiya kimi dövlətlərin dünya şöhrətli musiqili teatr sənətçiləri təmsil olunur. Məhşur sənət adamlarının üzv olduğu münsiflər heyətinin rəhbəri Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli vokalçı və aktyor Viktor Krivonosdur.

“Vokal və səhnə sənəti” nominasiyasında keçirilən müsabiqədə Rusiyadan və xarici ölkələrdən 35 yaşa qədər olan gənclər iştirak edəcəklər.

Müsabiqə 16-21 may tarixlərində Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında baş tutacaq.

Turan Etibaroğlu
Manera.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930