“Bakı Rüzgarı” kitabının təqdimatı keçiriləcək

Cümhuriyyət dönəmində xaricə göndərilən 100 tələbədən biri olan Mir İsmayıl Saryalın “Bakı Rüzgarı” kitabının təqdimatı keçiriləcək
İyunun 20-də Bakı Yunus Əmrə İnstitutunda Cümhuriyyət dönəmində xaricə göndərilən 100 tələbədən biri olan İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatı keçiriləcək.
İnstitutdan Manera.az-a bildirilib ki, Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önünə sərilir.
Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illərdə Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il inqilabının gətirdiyi bəlalardan, necə qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər ölkəmizdə ilk dəfə nəşr olunur.
Kitabı türk dilindən dilimizə Nəriman Əbdülrəhmanlı uyğunlaşdırıb.
Sevda