manera.az
manera.az

“Dahinin tənhalığı” kitabının təqdimatı olub l MANERA.AZ

 “Dahinin tənhalığı” kitabının təqdimatı olub  l MANERA.AZ
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Rusiya Yazıçılar İttifaqının üzvü, Əməkdar Elm Xadimi, AYB-in Moskva bölməsinin rəhbəri və “Luç” Ədəbi Yaradıcılıq Assosiasiyasının sədri Tofiq Məliklinin “Dahinin tənhalığı” kitabının təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, təqdimatı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar açıb. Birliyin katibi Aqşin Babayev T.Məliklinin yaradıcılığından danışıb. Xatırladıb ki, keçən il kitabın təqdimatı Moskvada keçirilib.

Qeyd edək ki, “Dahinin tənhalığı” kitabı Fazil Hüsnü Dağlarcaya həsr edilib.

Fazil Hüsnü Dağlarca müasir Türkiyə poeziyasının lideridir. Onun kitabları dəfələrlə ABŞ, Fransa, Hollandiya, Rusiyada nəşr edilib. T.Məlikli təxminən 40 il – Fazil Hüsnü Dağlarca dünyadan köçənədək (2008) onunla dostluq edib.

Kitabı Azərbaycan dilinə Arifə Əliyeva tərcümə edib. Təqdimat mərasimində, həmçinin BDU-nun türkologiya kafedrasının müdiri Rüfət Rüstəmov, professor Vaqif Sultanlı, tərcüməçi Arifə Əliyeva, Yunus Əmrə adına Türkiyə Mədəniyyət Mərkəzinin direktoru İbrahim İldırım və başqaları çıxış ediblər.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930