Bu gün Azərbaycanın əfsanəvi teatr və kino aktrisası,Azərbaycan SSR xalq artisti, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahovanın doğum günüdür. Amaliya Pənahovanın 72 yaşı tamam olur.
Məlumat üçün bildirək ki,Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirmişdir.
1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.
Amaliya Pənahovanın səhnə və kino sənətindəki nailiyyətlərinə görə dövlət tərəfindən həmişə diqqət mərkzəində olub.Amaliya xanım Azərbaycan SSR dövründə yüksək orden və fəxri adlar verlişmişdir ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilmişdir.1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür.Müstəqilik dövründə 8 iyul 1995 –ci il ulu öndər Heydər Əliyevin imzası ilə "Şöhrət" ordeni,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə isə "Şərəf" ordeni ilə təltif edilib.1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.hal-hazırda Prezident təqaüdçüsüdür.

Böyük istedada, hərtərəfli biliyə malik olan aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. O, 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hal-hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.
Amaliya Pənahova 1992- ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. A.Ə.Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuşdur və universitetin professorudur. Hal-hazırda onun dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında Amaliya xanımla birgə çalışırlar
.
2000-2005-ci illərdə Milli Məclisin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur.
2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işinimüdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.
Manera.az kollektivi sənətkarı ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür,uğurlu işlər arzu edirik.Hər zaman kino və teatr sahəsində olmağını arzu edirik
Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 2 221 |
Yüklənmə tarixi: 15.06.2017 20:26