manera.az
manera.az

Amaliya Pənahovanın “sevgi etirafı” | MANERA.AZ


Amaliya Pənahovanın “sevgi etirafı”  | MANERA.AZ
manera.az
Dünən Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq artisti böyük sənətkar Amaliya Pənahovanın “Sevgi etirafı” adlı 70 illik yubileyi münasibəti ilə təntənəli gecə keçirilib.

Tədbirdə ilk olaraq 2015-ci ildə çəkilmiş “Şamama” filmindəki rolu ilə səhnəyə çıxan sənətkar daha sonra «Unuda Bilmirəm» tamaşasından musiqi ifa edəndən sonra öz ürək sözlərini deyib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatr və kino sənətində gözəl qadın simalarından biri olan Amaliya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, yaratdığı bir-birindən maraqlı obrazla qalereyasından söz açıb.Ə.Qarayev ölkə başçısı və birinci xanım adından yubilyarı təbrik edərək "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu ona təqdim edib.

Gecənin gedişatında A.Pənahovanın video-çarxların müşayiəti ilə aktrisanın yaradıcılığından, siyasi faəliyyətindən söhbət açılıb. Gecədə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı öz təbrikini edərək “Haltun Taner” mükafatını təqdim edib, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları baş idarəsinin incəsənət əlaqələri üzrə koordinatoru Tahsin Murad Dəmirbaş, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov öz adından və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun adından təbrik mesajını oxudu, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, deputat Hadı Rəcəbov, Elmira Axundova, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar və başqaları həyatını səhnəyə, sənətə həsr edən gözəl qadın, bacarıqlı aktrisa, əvəzsiz sənətkar kimi onu təbrik edərək, yubilyara xatirə hədiyyələri təqdim ediblər.

Gecədə Amaliya xanımın tamaşaları “Unuda Bilmirəm, Mahnı Dağlarda Qaldı, Büllur Sarayda, Xurşudbanu Nətavan,Sən həmişə mənimləsən, Medeya və Tomirs” tamaşalarından və “Əmir Teymur, Arxadan vurulan zərbə, Qapalı orbit, Qərib cinlər diyarı, Gözlə məni, Babək, Nəfəs, Cavadxan” filmlərindən və Amaliya xanımın çəkdiyi televizya tamaşaları təqdim olunub.

Gecənin yaddaqalan məqamlarından biri də sənətkarın iştirak etdiyi çoxsaylı tamaşalardan parçalar təqdim etməsi olub. Tədbirdə, həmçinin bir sıra tanınmış müğənnilərin ifaları dinlənilib. İfalar aktrisanın fotoşəkilləri və video götüntüləri ilə müşayiət olunub və tədbirin sonunda Amaliya xanımın ifasında “Dayan Zaman” mahnısını ifa edib.

Turan Etibaroğlu

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031