manera.az
manera.az

Kinomuzun Cahandar Ağası - Ələddin Abbasov

📅 05.05.2017 00:54

Kinomuzun Cahandar Ağası - Ələddin Abbasov

Bu gün görkəmli teatr və kino akyoru,Xalq artisti, Gəncə Dövlət Dram Teatrının əvəzolunmaz aktyoru kino və teatr sahəsində əvəzsiz xidmətləri olan Kinomuzun Cahandar ağası Ələddin Abbasovun doğum günüdür.

Qeyd edək ki,Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub.

Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Ələddin Abbasovun aktyorluq təhsili olmasa da xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmə malik olub. Yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.

Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.

Ələddin Abbasovun sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və s. bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.

Xatırladaq ki, Ələddin Abbasov 3 iyul 2014-cü il tarixində, Gəncə şəhərində 92 yaşında vəfat edib.Gəncə şəhər Fəxri Xiyabanında dəfn edilib.

Turan Etibaroğlu
Manera.az


Kinomuzun Cahandar Ağası - Ələddin Abbasov


Kinomuzun Cahandar Ağası - Ələddin Abbasov


Kinomuzun Cahandar Ağası - Ələddin Abbasov


Kinomuzun Cahandar Ağası - Ələddin Abbasov


Kinomuzun Cahandar Ağası - Ələddin Abbasov


Baxış sayı - 3 661 | Yüklənmə tarixi: 05.05.2017 00:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031