Səhnəmizin Cahandar Ağası - Ələddin Abbasov
Bu gün Bu gün xalq artisti, Gəncə Dövlət Dram Teatrının qocaman səhnə ustası Ələddin Astan oğlu Abbasovun doğum günüdür.
Ələddin Abbasovun yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Ələddin Abbasovun aktyorluq təhsili olmasa da xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmə malik olub. Yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.
Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.
Ələddin Abbasovun sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və s. bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.
Xatırladaq ki, Ələddin Abbasov 3 iyul 2014-cü il tarixində, 92 yaşında vəfat edib.
Manera.az