manera.az
manera.az

Kamal Abdullanın şifrələri açıldı

Kamal Abdullanın şifrələri açıldı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Rumıniya "Al.İ.Kuza” Universitetinin (Yassı) dosenti, filologiya elmləri doktoru, tərcüməçi Lyudmila Bejenarunun "Kamal Abdulla: dolğunluq fəlsəfəsi” ("Камал Абдулла: философия полноты”) monoqrafiyasının təqdimatı keçirilib.

MANERA.AZ xəbər verir ki, alim, şair və yazıçıların iştirak etdiyi mərasimi giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayıb, Lyudmila Bejenarunun Bilik Fondunda görməkdən məmnunluğunu ifadə edib. O, rumıniyalı alimin Azərbaycanın ictimai və elm xadimi, dünya səviyyəsində tanınmış yazıçı Kamal Abdullanın yaradıcılığı haqqında kitab yazmasını xalqımıza və ədəbiyyatımıza verilən yüksək dəyər kimi qiymətləndirib.
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Kamal Abdullanın Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb və Lyudmila Bejenaruya "Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasını ərsəyə gətirdiyinə görə minnətdarlığını bildirib.
Lyudmila Bejenaru "Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində” mövzusunda mühazirə deyib və təqdimatı keçirilən monoqrafiyanın tərtib və nəşr edilməsinin vacibliyindən danışıb.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin sözlərinə görə, Lyudmila Bejenarunun bu monoqrafiyasında Kamal Abdulla fəlsəfəsinin açılması onun yaradıcılığının rusdilli oxucu üçün əhatəli təhlilinə imkan yaradır. O bildirib ki, "Kamal Abdulla: dolğunluq fəlsəfəsi” monoqrafiyasının Azərbaycan dilinə tərcüməsi gənc yazarların püxtələşməsinə, yaradıcılıq imkanlarının cilalanmasına imkan yarada bilər.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu monoqrafiyanın müxtəlif dillərə tərcüməsinin vacibliyini vurğulayaraq, Kamal Abdullanın Yaponiyadan tutmuş Qərbi Avropayadək dünyanın bir çox ölkələrində sevilərək oxunduğunu nəzərə çatdırıb.
Təqdimat mərasimində Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Tofiq Abbasov, BDU-nun kafedra müdiri, professor Cəlil Nağıyev, filologiya elmləri doktoru Gülər Abdullabəyli çıxış edərək, rumıniyalı müəllifin qələmə aldığı kitabın Azərbaycanın ədəbi və ictimai həyatında mühüm əhəmiyyətə malik olduğunu, monoqrafiyanın gənc ədəbiyyatçılar üçün istinad mənbəyinə çevriləcəyini bildiriblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031