manera.az
manera.az

Bir məktub yazaydım- Mahmud Məsimin şeiri

📅 02.05.2017 11:40

Bir məktub yazaydım- Mahmud Məsimin şeiri


Mahmud Məsim

Bir məktub yaza bilsəydim kaş ona,
Üsyankar olmazdı qəlbim boşuna,
Hər şeyi vaxtında etsəydim əgər
Döyməzdim dizimə, nə də başıma.

Evlilik təklifi alaydı məndən,
Cavabı "hə" olub qalaydı mənlə,
Çəkəydim ətrini ciyərlərimə
Eşqin ləzzətini dadaydım mən də.

Alın yazısını dəyişdirəydik,
Ömrü əyləncəli ömür edəydik,
Gecələr yuxusuz qalanda hərdən
Təklikdə yastığı döyüşdürəydik.

Səhər qollarımda o, oyanaydım
İçimdə sönməyən od yaranaydı,
Gözümdən buludlar istefa edib
Kaş kilər, bəlkələr dayanaydı..

Yazaydım, yazaydım ölənə kimi,
Gözümün işığı sönənə kimi,
İndi yazacağam həmin məktubu
Mən ona, o, mənə dönənə kimi.

MANERA.AZ


Baxış sayı - 2 196 | Yüklənmə tarixi: 02.05.2017 11:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031