manera.az
manera.az

Günəş kimi gülümsə- Ulucay Akifin şeiriləri

Günəş kimi gülümsə- Ulucay Akifin şeiriləri


Ulucay Akif

Qızcığaz,
Sənə gəlməyən
yolların hamısı Romaya aparır,
Bu boyda təkliyin özü də
Sonda adamı komaya aparır.

Sonradan anladım bu gerçəyi,
Ömrümün iyirmi birinci bahar fəslində
Anladım ki, unutduğum qadınların da
Unudulası bir şeyi yoxmuş əslində.

İndi qollarını böyük aç, qızcığaz.
Qucağında mən boyda boşluq var,
Sərsəmləməyimə fikir vermə,
Ruhumda anadangəlmə bir sərxoşluq var.

Qızcığaz,
Günəşli günlərdə gəldin ömrümə,
Mən ümidlərimlə vidalaşarkən.
Odur ki, yeni bir günəş kimi gülümsə.
Gülümsə, mən keçmişimlə şağollaşarkən.
***

Elə asan görünür ki,
Qalın kəndir, kiçik bir stul.
Hər şey sıfıra qayıdır, yenə artır!
- budur düstur.

Bir tətikin ucundaca
Boylanır üzünə həyat.
Sən yalanlardan qaçdıqca,
Gülümsər düzünə həyat.

Çəkildiyin şəkillərdə
Təbəssüm üzdən sürüşür,
Ayaqların çox narahat,
Əllərin əsəbi düşür.

Güzgüdəki əksinlə də
gələ bilmirsən göz-gözə.
Deyəsən orucsan yenə,
dilin dəymir bircə sözə.

Elə asan görünür ki,
Qalın kəndir, kiçik bir stul.
Hər şey sıfıra qayıdır, yenə artır!
- budur düstur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930