manera.az
manera.az

Hədiyyə Şəfaqət - "Gülümsə..."

📅 08.05.2015 13:13

Hədiyyə Şəfaqət - "Gülümsə..."Manera.az Hədiyyə Şəfaqətin yeni şeirini təqdim edir:


"Gülümsə..."


Bilirsənmi, dostum,
Bəlkə də bir səbəb yoxdur
Göz yaşlarına ayrılıqdan əvvəl,
Və boğulmağa

İnsan
Ayrılıqlar qədər bir şeyə də hazır deyildi zatən-
Doğulmağa!

Sərxoş düşüncələrin
Qarışdığı dəniz suları kimisən, Dostum!
Əllərim
Payız xəzəlləri kimi qalxdı səma rəqsinə
Ayaqlarım
Qaçış istədi
Və apardı məni sonun həyata qarışdığı nöqtəsinə...
Son-Ölümsə...

Bir də, Dostum
Eh, sevgili Dostum,
Həyat
Nə oxunmağa yaramış,
Nə baxılmağa
Sevgi
Nə sözə gələr,
Nə gülləyə ki,
Bir sinə tapılsın çaxılmağa...

...Və

İnsan xəyallarından başqa bir ucalıq tapmaz yıxılmağa...

...Xəyallarıma gülümsə...

Manera.az


Baxış sayı - 3 206 | Yüklənmə tarixi: 08.05.2015 13:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031