manera.az
manera.az

Acılarına gülümsə... | MANERA.AZ

Acılarına gülümsə... | MANERA.AZ


Çinarə Ömray

Zaman-zaman qayğılar, problemlər insan üzərinə çökər, hiss edərsən ki, yükün ağırlaşır. Yaşadıqların yaşından böyükdü. Bu qədər qayğını daşımağa nə yaşın, nə də gücün çatar... Allaha sığınarsan, o da sanki inad kimi daha da yükləyər səni. Yenidən hər işdə bir xeyir var, ya da hər qaranlığın bir sabahı var cümlələrinə tapınıb carəsizcə sabaha sığınarsan. Bu günün də dünənin sabahı olduğunu unudub da elə hey sabahlardan sarılarsan ümidlə. Lakin ümidlə, carəsizliklə gözəl olacağına inandığın sabahlar heç də deyimdəki qədər problemsiz və gözəl açılmır.

Sadəcə sabaha adlayana qədər sən o qayğını, problemi özünküləşdirirsən, doğmalaşdırırsan. O üzdən bizə sabahlar biraz işıqlı görünür.

...Hərdən xəyallarımızda kaş ki, “yatsam da 3 ildən sonra oyansam, bütün problemləri həll olunmuş görsəm” düşünürsən. Sonra da “yox əşi o bəxt ki, məndədi elə 3 ildən sonrada oyananda görəcəm ki, qoyub yatdığımdan 3 qat çoxdur” Mənim problemlərim sələmə verilmiş pul kimidir. Hər ay üzərinə faizi gəlir. Yatdığım 3 ilin faizini də hesablasaq “gəl Allahım gəl”. Yox, bu yatmaq da çox baha başa gəldi.

Ya da tanimadığın bir yerə gedəsən. Bütün qayğını, problemini burda qoyub gedəsən. Sonra da fikirləşirsən ki, yox elə tanımadığın bir mühitə düşüb orda özünə yeni həyat qurub, yeni insanlar tanıyıb başına yeni problemlər açmaqdansa, burda qalmaq yaxşıdı.

Qəbul etdiyin bir reallıq var ki, bunlar sənin talehindir. Istəsən də qaça bilməzsən. Bütün bunları yaşamağa və çəkməyə məcbursan. Yaşın buna imkan versə də, verməsə də, çiyinlərin bu ağırlığa tab gətirsə də, gətirməsə də sən bunları yaşamaq zorundasan. Həyat budur, demək ki, ya daim ayaqda qalıb döyüşəcəksən. Məğlub olsan da, səni məhv etsələr də yenidən qalxıb döyüşəcəksən. Bu döyüşdə qollarını itirəcəksən, ayaqlarına dirənib qalxıb yenidən döyüşəcəksən, ayağından vuracaqlar, o biri ayağını təkan verib qalxacaqsan, ürəyindən vuracaqlar, beynini fəaliyyətə salacaqsan. Döyüşəcəksən, mübarizəni bitirmiyəcəksən! Allaha tapınıb, tərk etmiyəcəksən meydanı. O zaman Allah sənə o gücü verəcək.

Və tam da bu ömür müharibəsinin ortasında qarşına biri dikiləcək. Halsız və tükənmiş halda başını qaldırıb üzünə baxacaqsan “Ey insan ömür yolun bitdi. Düş önümə səni hüzura aparıram və orda bilinəcək sən bu müharibədən qalibmi çıxdın, məğlumu.” Çarəsizcə, bitmiş bir halda Əzrayılın önünə düşüb gedərsən. Yaxşı bəs geridə nə qoyarsan? – geridə övladların üçün yarım qalmış mübarizəni qoyarsan, səndən sonra davam edəcəkləri. Bir də ad qoyarsan. Ya “Əhsən, vurulsa da, yıxılmadı, daim mübariz oldu. Hər dəfəsində ilk dəfəki kimi qalxdı və mübarizə apardı” ya da “nə ədəbi, nə namusu, nə də mənliyi ilə bir mübarizə apara bilmədi. Asanlıqlara qaçıb, acizləşib, adiləşib təslim oldu”.

Bu cür fikirlər içində artıq shəri açdığını görərsən. Və yenə də yorğuncasına geyinib problemlərinə, qayğılarına “Sabahınız xeyir” deyib meydana atılırsan...

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031