manera.az
manera.az

Hər kəs bacardığı işin qulpundan yapışsa…

📅 17.04.2017 14:58

Hər kəs bacardığı işin qulpundan yapışsa…
Manera.az-ın 2 yaşı münasibətiylə yazıçı Rəşid Bərgüşadlının təbrik mətnini təqdim edirik:

Hər kəs bacardığı işin qulpundan yapışmalıdır ki, ümumi yükümüzü çiynimizdə daşımağa töhfə vermis olsun. Əks halda yükdən sallanıb əlavə yük olar, özü yamaq, hay-həşiri də bir dərd olar.


İki il əvvəl ölkədə “Manera.az” adlı yeni saytın fəaliyyətə başladığını eşidəndə hamımız cani-dildən “Xeyirli, uğurlu olsun” dedik. Və bu gün Manera.az-ın uğurlarını, ölkə mədəniyyətinə, ədəbiyyatına, ictimai fikir xəzinəmizə verdiyi töhfələri görməkdən fəxarətlə danışırıq. Atatürk deyir ki, - “Ən böyük mutluluq, başladığın işin uğurlu sonunu görməkdir”. Özünə fərqli cığır açan Manera indiki uğurlu yola çıxanadək sözssüz ki, daş-kəssəkli dolanbaclardan keçib – biz bunu görmürük. Bu gün seçilən ölkə saytları içərisində fərdiliyini və fərqliliyini ortaya qoyan Manera ilk növbədə öz yaradıcı kollektivinin şərəfini daşıyır. Səmimi, çevik, əzmkar, həssas və peşəkar kollektiv yarada bildi bu fərqliliyi.

“Manera” deyəndə həmişə ilk ağlıma gələn Şəhla xanım olur. Şəhla Aslanın gündəmin nəbziylə uzlaşan manşet seçimləri, ədəbi müsabiqələrin keçirilməsinə şəxsi dəstəyi, tədbir təşkilatçılığı, səmimi müsahibələri göz qabağındadır. Hər dəfə yeni bir imzanı oxucuya təqdim etmək hər ürəyin işi deyil, bununçün ədəbiyyatı sevməlisən, ədəbiyyatın obrazlar rəfinə yeni töhfə vermək istəyənlərdə işartıları sezib ortaya çıxarmalısan və elə çıxarmalısan ki, bu “naşı qələm” sənin adına, işinə xələl gətirməsin. Şəhla xanım bu sarıdan olduqca çevik və ağıllı manevrlər edə bilir. Fərdi, operativ və peşəkar yanaşmaqla, şablon həllərdən imtina etməklə Şəhla xanımın öz işgüzar kollektivinə arxalanaraq hələ çox uğurlara imza atacağından əminik.

Manerada saysız-hesabsız yazılarım çıxıb, imzamı oxuculara tanıtmaqda saytın danılmaz əməyi var. Mənə dogma olan bu saytın hər uğuruna sidq-ürəkdən sevinmişəm, bir dost kimi hər zaman yanlarında olmağı arzulamışam.

Ümidvaram ki, fərdiliyini qoruyub saxlamaqla Manera.az saytı hələ neçə-neçə fərqliliklər yaradacaq, daha geniş oxucu auditoriyası qazanacaq, yeni-yeni qələm adamlarını ortaya çıxaracaq, nuruna milyonlarla ziyalı sevgisini qatmağa nail olacaqdır. Bu yolda dogma Manera.az kollektivinə uğurlar arzulayır, ikinci ad gününü səmimi qəlbdən təbrik edirəm.




Baxış sayı - 1 509 | Yüklənmə tarixi: 17.04.2017 14:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031