Manera-az-ın bir ünvanı var TƏBRİKLƏR
![]()
18aprel 2015-ci il Manera.az-ın yaranma günüdür. Bu günsaytın 1 yaşının tamam olması münasibətlə ədəbiyyat adamları elektron poçtumuza məktublar yazaraq, saytı təbrik edib, 1 illik fəaliyyətə münasibət bildiriblər:
Kanan Hacı:
-Bir ədəbiyyat portalı üçün 1 yaşa gəlib çatmaq asan məsələ deyil. Hələ ilk addımlarını atan gənclər üçün bir meydana çevrilməklə bərabər bu saytda öz imzasını təsdiq etmiş imzalar da göründü. Manera.az gün ərzində mütləq izlədiyim saytlardandır. Ötəri də olsa baxıram. Diqqətimi çəkən yazı olanda oxuyuram. Ədəbiyyatımızın müxtəlif problemləriylə bağlı yazı adamlarından, tənqidçilərdən aldığınız müsahibələr son dərəcə dəyərlidir. Fədakar əməyinizi yüksək qiymətləndirirəm. Bundan sonra da məsuliyyətli olmağınızı və daha çox işlər görməyinizi arzulayıram. 1 yaşınız mübarək! Ömür etibarsız çıxmasa, 5 yaşınız olanda sizin üçün ayrıca əhatəli bir yazı yazmağa söz verirəm!
Mehman Qaraxanoğlu:
-Ədəbi portallar da, saytlar da insana bənzər – ilk növbədə olduğu kimi görünməsi, səmimiyyəti ilə yol tapar ürəyə. Burada alternativ yol yoxdu! Var e, minlərlədi, amma gec-tez belə “işlək” yol-rizin düşər “niqabı” və təbii ki, yenə də olduğu kimi görünər. Amma bu “görünmək” o “görünmək” olmayacaq!
Manera.az özüdür ki, var – səhvləri, uğurları ilə bir yerdə! Yeniliyə daima açıqlığı ilə, axtarışlardan doyumsuzluğu ilə!
1 yaş çox deyil, az da deyil... Amma öz yaşından çox-çox “qoca”dı Manera.az! Gördüyü işin çəkisi, sambalı baxımından deyirəm.
Mənə çox doğmadı Manera.az! Göndərdiyim mətnləri linç etməyə hazır olan bəzi saytlardan fərqli olaraq, o, duyğusallıqla yer göstərərək başa çıxardıb bu mətnləri. Bunu minnətdarlıqla xatırlamamaq olmur!
Yaşın mübarək, Manera.az!
Qəşəm Nəcəfzadə:
Bir il müddətində manera. az saytı ədəbi prosesə qərəzsiz, tərəfsiz və heç kimin tərində dayanmadan bir güzgü tutdu. Maraqlı şeirlər, esselər, müsahibələr, ədəbi-bədii, tənqidi məqalələr dərc etdi, yorğun ədəbi prosesə yeni bir ritm verdi. siyasətdən uzaq oldu, heç kimi təhqir emədi, gözəl ədəbi nümunələr çap etdi. Saytın dizayn məsələləri də uğurlu idi. Şəkillər, mətnə uyğun verilən quruluş gözoxşayan idi. Saytın doğmalığı, onun rəhbərinin kim olduğunu öyrənməyə şərait yaratmırdı. Adətən soruşurlar, kimdi filan saytın arxasında dayanan, onu maliyyələşdirən və sair məsələləri istər-istəməz soruşurlar, axtarırlar. Manera-az saytının bir ünvanı var: vətənə, insana məhəbbət, saf hisslər, düyğular vəssalam. Bu duyğulara eşq olsun! Bir yaşın mübarək, əzizimiz, manera. az!
Aslan Quliyev:
-Vaxt tapdıqca izlədiyim saytlardan biri də Manera.Az-dır. Burda cavan uşaqlar ədəbiyyat adına, ədəbiyyat naminə gözəl işlər görürlər. İndiki raellıqda, ədəbiyyatımızın reallığında görülməsi mümkün olan böyük işlər! Ona görə də Maneranın 1-yaşının tamam olması münasibətiylə onun bütün əməkdaşlarını təbrik eləyirəm! Daha böyük uğurlar qazanacağınıza inanıram!
Nurəddin Ədiloğlu:
- Düzünü desəm, mənim üçün doğma olan “Manera az” saytının bir yaşı olduğuna heç inanmağım gəlmir. Əvvala bu, ondan irəli gəlir ki, son bir ildə saytda yaxşı ədəbiyyat nümunələrinə - hekayə və şeirlərə, tanıdığım və tanımadığım bir çox yeni imzalara rast gəlmişəm. İkincisi, şeir və hekayə müsabiqəsi keçirmək, fikrimcə, müasir çağda nə qədər dəbdə olsa da, heç də asan başa gəlmir. Saytın böyük istəklə, arzuyla belə layihələri gerçəkləşdirməsini çox təqdirəlayiq hesab edirəm. Saytın yaradıcı kollektivinin Azərbaycan ədəbiyyatına və incəsənətinə təəssübkeşlik hissini və sonsuz sevgisini, cəfakeşliyini yalnız və yalnız alqışlamaq olar...
Əziz “Manera”çılar, SÖZƏ xidmət edən amalınıza səmimi qəlbədən alqış və bir yaşınıza mübarək deyirəm. İki yaşınıza kimi daha böyük uğurlar qazanacağınıza əminəm. Yolunuz işıqlı olsun!
Nadir İsrafilov:
-Səmimi təbriklərimi qəbul edin. İşinizi cəmiyyətimiz üçün faydalı olan elə bu yöndə də davam etdirin. Nə badə maneranızı dəyişəsiniz.
Ayaz Arabaçı:
-Bir il ərzindəki fəaliyyətinizi demək olar ki,izləmişəm.Yəni, sizin fəal oxucularınızdanam .Saytınızın dinamikliyi və rəngarəngliyi məni sevindirir.Bədii zövqünüz,duyub qiymətləndirmək bacarığınız və yeniliyə köklənmiş təşəbbüsləriniz, hətta tənqidi yanaşmalarınız sevindiricidir.Saytınızda xeyli sayda mütərəqqi,bu günlə nəfəs alan xeyli sayda incilərə rast gəlmişəm.Arzum bu ki,əlçatmaz görünən uzaq hədəfləriniz yaxın olsun..
Yaşar Bünyad:
-Mən respublikanın ədəbiyyat və mədəniyyət saytlarını gündəlik izləyirəm. Sizin sayt fəaliyyətə başlamış bu qısa müddətdə çox maraqlı materiallarla izləyicilərini özünə cəlb edə bilib. Bütün yaradıcı qrupunuza uğurlar diləyilə AD GÜNÜNÜZÜ TƏBRİK EDİRƏM! Yeniliklərlə dolu uzunömürlülük arzulayıram! Var olun!
Qalib Şəfahət:
-Həmişə Manera.az-ı saytı izləmişəm. Bu bir ildə manera.az ədəbiyyatın xidmətində layiqincə durdu, inkişifında öz töhfəsini verdi. Manera.az saytı sırf ədəbiyyata xidmət edən ən mükəmməl saytlardan biri, mən deyərdim birincisidir. Öz üzərinizə düşən vəzifəni bu bir ildə layiqincə yerinə yetirdiz.
Bir yaşınız münasibəti ilə ürəkdən təbrik edir, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram!
P.S. MANERA.AZ olaraq oxucularımıza təşəkkür edir, bizi izləməkdə davam etmələrini arzulayırıq.