manera.az
manera.az

Barmaq izinə görə cinsiyyəti təyin etmək | MANERA.AZ

📅 15.06.2015 15:23

Barmaq izinə görə cinsiyyəti təyin etmək | MANERA.AZ

Türkiyənin Bartin Universitetində aparılan tədqiqat nəticəsində dünyada ilk dəfə barmaq izi ilə cinsiyyəti təyinetmə sistemi hazırlanıb.

Bartin Universitetinin mühəndislik fakültəsinin kompyuter bölməsində çalışan tədqiqatçı Eyup Burak Ceyhan elmi işinin nəticələrini “TRT Xəbər” saytına açıqlayıb.

Bildirib ki, bu elmi işin uğurlu nəticəsi sayəsində, cinayət törətmiş, yaxud da şübhəli bilinən şəxsin tapılması asanlaşacaq. Dünyada ilk olan bu sistem polis və milli təhlükəsizlik orqanlarının işini xeyli yüngülləşdirəcək. Belə ki, haqqında heç bir məlumat əldə olunmayan barmaq sahibinin qadın, yaxud da kişi olduğu təyin ediləcək. Bu sistem 750 insanın barmaq izi ilə sınaqdan keçirilib. Elmi işin inkişaf etdirilməsi üçün Türk Patent İnstitutundan patent də alınıb.


Baxış sayı - 1 812 | Yüklənmə tarixi: 15.06.2015 15:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031