manera.az
manera.az

Azərbaycanlı şairənin kitabları Dərbənddə təqdim olunub

📅 11.04.2017 12:51

Azərbaycanlı şairənin  kitabları  Dərbənddə  təqdim olunub
AZƏRTAC-ın müxbiri, şairə Zərəngiz Dəmirçi Qayalının anadan olmasının 55 illik yubileyi Rusiyanın Dərbənd Mərkəzi Kitabxanasında qeyd olunub. Tədbir çərçivəsində şairənin “Qayalı”, “Haqqı sevdim”, “Əziz rəhbər”, Oğul” kitablarının təqdimatı keçirilib.

Tədbirin təşkilatçiları - “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, “Bayat” ədəbi birliyinin sədri Qabil Ədalət, şairlər - Sona İsmayilova, Nailə Yusifova, Bədirə Niftəliyeva, Aybəniz Qafarlı, rejissor Elgün Seyidbəyli və başqaları şairənin həyat və yaradıcılığı haqqında söhbət açıblar.

Mərkəzi kitabxananın direktoru Diana Əliyeva, tanınmış şair, “Gülüstan” Ədəbiyyatçılar İttifaqının sədri Tahir Saleh, Dərbənd Yerli Milli-Mədəni Azərbaycanlıların Muxtariyyətının sədri, beynəlxalq jurnalist Telman Tahirli, şair-tərcüməçi Fəxrəddin Oruc, Dərbənd Azərbaycan Teatrının direktoru Firdovsi Əsgərov, “Dədə-Qorqud” Cəmiyyətinin sədri Rafiq Mövsümov, jurnalist Əsədulla Paşayev, ictimai xadim Gülpəri Mirzəbalayeva və başqaları ədəbiyyatlarımızın dostluğunun xalqlarımızın dostluğuna xidmət etdiyini söyləyiblər, şairəyə xoş arzularını bildiriblər.

Tədbirdə yubilyarın Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında danışılıb, onun yaradıcılığından seçmələr səsləndirilib.

Z.D.Qayalı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitablarını Mərkəzi kitabxanaya hədiyyə edib.

Sonda xatirə şəkli çəkdirilib.


Baxış sayı - 1 317 | Yüklənmə tarixi: 11.04.2017 12:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031