manera.az
manera.az

Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 72 yaşı tamam olur/MANERA.AZ

Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 72 yaşı tamam olur/MANERA.AZ


Bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, "Şöhrət" və "Şərəf" orenli,SSRİ dövlət mükafatı laureatı Şəfiqə xanım Məmmədovanın doğum günüdür.Aktrisanın 72 yaşı tamam olur.

Qeyd edək ki,Şəfiqə Haşım qızı Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub.1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Musiqili teatr aktyoru" fakültəsini bitirib.

Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) və və sairə,pyeslərində cazibədar səhnə obrazları yaradıb.

Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb.
Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib.

Şəfiqə Məmmədovanın Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib,1 iyun 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti,1980-ci ildə Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına,1981-ci ildə Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına,1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adına,2000-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ,2013-cü ildə Azərbaycan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir.

Milli Məclisin deputatı olub (1995-2000). 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilmişdir.

Manera.az saytının kollektivi adından Şəfiqə Məmmədovaya can salığı uzun ömür arzu edirik...


Turan Etibaroğlu
Manera.az


Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 72 yaşı tamam olur/MANERA.AZ


Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 72 yaşı tamam olur/MANERA.AZ


Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 72 yaşı tamam olur/MANERA.AZ


Bu gün görkəmli aktrisa Şəfiqə Məmmədovanın 72 yaşı tamam olur/MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930