manera.az
manera.az

77 yaşlı Hamlet Qurbanov - MANERA

📅 16.03.2016 18:06

77  yaşlı Hamlet Qurbanov  - MANERA
Azərbaycanın görkəmli teatr və kino aktyoru, mərhum sənətkar Hamlet Qurbanovun bu gün doğum günüdür. Onun 77 yaşı tamam olur.
MANERA.AZ xatırladır ki, Hamlet Qurbanov 16 mart 1940-cı ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur.

H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirmişdir. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır.

C.Məmmədquluzadənin "Dəli yığıncağı"pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilmişdir.

Hamlet Qurbanov 13 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Allah rəhmət eləsin, ruhu şad olsun!

Turan Etibaroğlu
Manera.az



Baxış sayı - 3 130 | Yüklənmə tarixi: 16.03.2016 18:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031