manera.az
manera.az

Xalq Artisti Rafiq Əzimovun 79 yaşı tamam oldu.

📅 06.02.2017 14:53

Xalq Artisti Rafiq Əzimovun 79 yaşı tamam oldu.


Azərbaycanın görkəmli teatr və kino aktyoru,Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustası Respublikanın Xalq artisti Prezident təqaüdçüsü "Yeddi oğul istərəm" filmində Şahsuvar obrazını yaratmış Rafiq Əzimovun 79 yaşı tamam olur

Qeyd edək ki,Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. Rafiq Əzimov 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır və 100 yaxın obrazlara səhnə həyatı verib. Azərbaycan Dövlət Televiziyasında hazırlanan Süleyman Saninin "Dibdat bəy" (Dibdat bəy), İslam Səfərlinin "Göz həkimi" (İvanov), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (İsmayıl), Sabit Rəhmanın "Nişanlı qız" (Qasım) teletamaşalarında oynayıb.
Rafiq Əzimov çoxlu sayda filmlərə də çəkilib. Aktyor "Yeddi oğul istərəm", "Arxadan vurulan zərbə" filmlərində yaddaqalan obrazlar yaradıb. Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimova 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2000-cı ildə Xalq artisti fəxri adı verilib. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb. 2010-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Allah sənətkarı qorusun Manera.az saytı adından Rafiq Əzimova can salığı uzun ömür arzu edirik...

Turan Etibaroğlu
Manera.az

Xalq Artisti Rafiq Əzimovun 79 yaşı tamam oldu.


Xalq Artisti Rafiq Əzimovun 79 yaşı tamam oldu.


Baxış sayı - 2 590 | Yüklənmə tarixi: 06.02.2017 14:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031