manera.az
manera.az

Avropa oyunlarının bizə faydası varmı? - MANERA.AZ

Avropa oyunlarının bizə faydası varmı? - MANERA.AZ

Hamımız giley-güzar etdik. Dollar bahalaşdı, ondan sonra qiymətlərdə sürətli artım oldu, külli miqdarda borca düşdük, iş yerləri fəaliyyətini dayandırdı və insanlar işsiz qaldılar, yollarda problemlər yarandı və s.

Bütün bunlara ən azından sosial şəbəkələrdə etiraz etməyən olmadı. Yəni, hər kəs müxtəlif zamanda, müxtəlif məkanda bu baş verənlərdən dolayı şikayətini bildirdi. Amma Bakıda keçirilən Avropa Oyunlarının müəyyən müsbət cəhətləri də var.

Əvvəlcə ən böyük müsbət dəyişiklik təmir olunan yollarda, yenilənən avtobuslarda, metro qatarlarında, şəhərin müəyyən qədər bəzədilməsində oldu. Bu heç də pis hal deyil. Yəni bir həftə-on gün hansısa yol təmirə bağlanır, amma aylarla həmin yoldan rahat şəkildə biz də istifadə edə bilirik.

Lakin ən böyük faydanı mən başqa bir məsələdə görürəm; Avropalıların Azərbaycana gəlişi özü ilə müəyyən qədər Avropa mədəniyyətini də gətirəcək. Bizim mühafizəkar, radikal, konservativ, adət-ənənəçi, mentalitetçi insanlarımızın düşüncəsində müsbətə doğru dəyişiklik mütləq olacaq.

Məncə, Azərbaycanın sərhədlərindən kənara çıxmayanlar, Braziliya seriallarında, Hollivud filmlərində öpüşmə səhnəsi görəndə gözlərini yumanlar, televizoru söndürənlər, küçədə açıq-saçıq geyinən bir qadın görəndə evindəki kişilərə söyənlər, şortik geyinən kişi görəndə camaatın anasına, bacısına cavabdeh çıxanlar avropalıları gördüyü zaman insanların azadlığını, sərbəstliyini, rahatlığını da görəcəklər. Bununla yanaşı avropa insanından rəftar mədəniyyətini, etikasını da öyrənəcəklər.

Hesab edirəm ki, avropalılar bizim insana özlərinin müstəqil həyatını, maraqlı yaşamanın üsullarını, tolerantlığı, azadlığı, demokratiyanı müəəyən qədər öyrədə biləcək. Hətta bundan sonra ölkəmizdə mədəni inqilab da baş verə bilər. Bu məsələyə müsbət yanaşmamdır. Lakin tam əksi də ola bilər...

İstisna hal deyil ki, bizim sadaladığım mənfi xüsusiyyətlərə (mühafizəkar, radikal, konservativ, adət-ənənəçi, mentalitetçi) malik həmyerlilərimiz avropalı kişiləri çılpaq görsələr, qeyrət damarları tuta bilər. Onlar dərhal böyük bir əxlaqşüvənə çevrilə bilərlər. Bu zaman ölkənin əxlaq mənafeyini qorumaq üçün həmin avropalını qanına qəltan edə bilərlər. “Camaatın anası-bacısı var” deyib bir şillə, üç yumruq, altı təpik, on iki bıçaqla öldürərlər yazıq avropalını. Nə var, nə var adam şortik və mayka geyinib, ya da yolda gedərkən sevgilisinin dodaqlarından öpüb.

Əgər avropalı qadınları çılpaq görsələr onda hadisəyə münasibət tamam dəyişəcək. Bu zaman heç kəsin anası, bacısı, atası, qardaşı olmayacaq. Hamının ayaq arasında penisi olacaq. Bu qədər sadə yəni...

O zaman beli, budu, sinəsi görünən qızcığazlara orta məktəbin ingilis dili dərsində eşitdikləri “qudmoninq çıldıren”dən filan deyib şit-şit güləcək, gözləri ilə yüz dəfə soyundurub geyindirəcəklər onları. Axırda da bu avropalı qızcığazlar təngə gəlib deyəcəklər “sən canı gəl, neyləyirsən elə, sonra çıx get, düş yaxamdan!”

Hər halda mənim indi düşündüklərim sadəcə təsəvvürdür. Reallığı hamımız yaşasaq, görəcəyik. Mən isə dönə-dönə inanmaq və ümid etməkdəyəm ki, Avropa Oyunları bizə mədəni inkişaf, tolerantlıq, liberallıq gətirəcək. Bütün stereotipləri, tabuları dağıdacaq, çürük, geri, ziyanverici düşüncəni məhv edəcək. Bu mənşəyi bilinməyən mənasız, yersiz, əsassız, cəfəng qayda-qanunları - hansı ki, onlar heç bir kitabda yazılmayıb, özləri uydurublar - bizim insanımızın beynindən siləcək.

Mən buna inanmaqdayam, əzizlərim. Siz də inanın. İnanın ki, gerçək olsun. Axı deyirlər bir şeyə ürəkdən inanda o həqiqət olur...

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031