Təranə FeyzullayevaMəşhur İtaliya rejissoru Luka Ronkoni deyirdi ki, "teatr problemlərin təhlil və əks olunacağı yer deyil, onlardan uzaqlaşmaq üçün yeganə məbədgahdır".Əlbəttə bu fikir birmənalı qarşılanmadı... Amma ümumilikdə teatr böyük qüvvəyə malik olan canlı sənətdir. Bu gün mono tamaşalardan danışmaq istəyirəm... Məhz bu mövzuya böyük ehtiyac var... Çünki bizim tamaşaçı bu qəbildən olan tamaşalara çox az maraq göstərir.
İllər öncə Türk Bələdiyyə teatrı Bakıda qastrol səfərinə məhz mono tamaşalarla gəlmişdi. Amma çox təəssüf ki, tamaşaçının əksəriyyəti tədricən tamaşanı tərk etdi. Yalnız teatrallar axıra qaldı. Görəsən, günah kimdədi? Rejissorlarda ki, çox az-az bu tamaşalara müraciət edir və ya tamaşaçıda?? Halbuki, mono tamaşa incəsənətin ən maraqlı və ən çətin növüdür. Bu tamaşa aktyorun səhnədə solo ifasıdır. Və əgər o özünə tam arxayındırsa, tamaşaçını sonadək öz sehrində saxlayacaq... İstedadlı aktyor üçün mono tamaşa öz potensialını və istedadını üzə çıxarmaq üçün geniş imkan yaradır.. Bu meydan, bu şeytan...
Digər bir nüans da var. Tamaşaçının bu tamaşanı qavramaq mədəniyyəti. Ola bilər ki, bu ona cansıxıcı gələr və bu halda aktyoru qınamaq olmaz. Burada hər iki tərəf mono tamaşanın mahiyyətini dərk etməlidir... Bizim milli teatrlar bu sahəyə müraciət edirlər... Amma çox az...
Uğurlu nəticələr də var. Böyük italyan aktrisası Anna Manyani "İnsan səsi" mono layihəsində o qədər canlı oyun sərgiləmişdi ki, tamaşaçı səhnədə tək bir aktrisanın olduğunu unutdu. Azərbaycan səhnəsində "İnsan səsi" Şükufə Yusupovanın ifasında maraqlı alınmışdı. Amma çox təəssüf ki, Azərbaycan səhnəsində belə tamaşalar barmaqla sayılası qədərdir... Halbuki, buna böyük ehtiyac var...
Teatr Xadimləri İttifaqı mono tamaşalar festivalı təşkil edərək istedadları bir zaman üzə çıxardı . Amma bunun da ömru az oldu... Çox istərdim ki, mono tamaşalar milli səhnəmizdə tez tez oynanılsın... Mono tamaşa sanki bu günkü səs küylü həyatımızda izdihamın içində bir qəlb çırpıntısıdır. Bu səs hər birimizin daxilindən qopan insan səsidir! Dinləyək bu səsi! Dinləyək!
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.