manera.az
manera.az

İzmir şəhərində Xocalı faciəsinə həsr olunmuş tamaşa təqdim olunub.

📅 26.02.2017 23:55

İzmir şəhərində   Xocalı faciəsinə həsr olunmuş tamaşa təqdim olunub.


Türkiyənin İzmir şəhərində yerləşən İzmir Gənclər Teatrının səhnəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Yol ayrıcında” mono-tamaşası türk tamaşaçılarına təqdim olunub.

Qeyd edək ki, Tamaşa Orxan Muxtarlının "Yol ayrıcında” dramı əsasında hazırlanıb.Tamaşanın qurluşçu rejissor Türkiyədə yaşayan və orda teatrda çalışan həmvətənlimiz Roza İbadova Kocaman olub.Daha bir həmvətənimiz- aktrisa Vüsalə Gülməmmədovanın da rol aldığı səhnə əsərinin
qurulmasına Azərbaycan Qadın Mədəniyyət Mərkəzi Dərnəyinin rəhbəri Cavahir Əhmədova dəstək göstərib. Mono- tamaşa Xocalı faciəsində ailəsini, torpaqlarını itirən qadından bəhs edir.


Turan Etibaroğlu
MANERA.AZ


İzmir şəhərində   Xocalı faciəsinə həsr olunmuş tamaşa təqdim olunub.


İzmir şəhərində   Xocalı faciəsinə həsr olunmuş tamaşa təqdim olunub.


Baxış sayı - 1 416 | Yüklənmə tarixi: 26.02.2017 23:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031