manera.az
manera.az

Yeni tamaşa: "Vəsiyyət"/ MANERA.AZ

Yeni tamaşa: "Vəsiyyət"/  MANERA.AZ


Akademik Milli Dram teatrında Hüseynbala Mirələmovun iki hissəli "Vəsiyyət" əsəri, Firudin Məhərrəmovun quruluşunda növbəti dəfə nümayiş olundu. Yeni tamaşa uğurlu tamaşalar siyahısına daxil oldu desək, doğru olar. Belə ki, zaman-zaman klassik repertuara yer ayıran teatrda məhz müasirlərimizin tərənnüm olunması daha maraqlıdır.

Tamaşanın mövzusu bir oliqarxın və onun ətrafındakı insanların müxtəlif hadisələr tandemində haldan-hala düşməsi üzərində qurulmuşdur. Baş personajın adı təsadüfən "Dövran" deyildir. Müəllif bir daha göstərmək istəyir ki, "Dövran" məhz onun-Dövran "Əminbəylinin dövranı"dır. Məhz onun ətrafındakı insanlara etdiyi "Vəsiyyət" əsnasında maskalar yırtılır, hər kəs olduğu kimi görünür. Dövran Əminbəyli milyonlarını öz qohumlarına vəsiyyət edir. Və əmindir ki, doğmaları ona sadiqdir. Amma, hadisələr gedişatında məlum olur ki, hər kəsi onun milyonları maraqlandırır, təkcə dostu Elmandan başqa.

"Dövran" obrazını əməkdar artist Abbas Qəhrəmanov ifa edir.

Xeyli zamandır ki, müxtəlif filmlərdə məhz oliqarx obrazını müvəffəqiyyətlə canlandıran aktyor bu dəfə də teatrda buna mükəmməl nail oldu. Belə ki, aktyorun oyunu qeyri-standart ştrixlərlə tamaşaçını təəccübləndirməyi bacarır. Böyük aktyor potensialına malik olan Abbas Qəhrəmanov bir daha sübut etdi ki, o, professional teatr məktəbi görmüşdür. Vaxtilə, Çexovun "6 nömrəli palatası"nda həkim obrazını məharətlə ifa edən bu aktyor obraza o qədər varmışdı ki, uzun müddət psixoloji gərginlikdən azad ola bilmədi. Və bu da onun yaradıcılığının "Şah əsəri" oldu. Cəsarətli müşahidə qabiliyyətinə malik olan aktyor, "Dövran Əminbəyli" obrazı ilə müasir tamaşaçının əqidəsinə həkk olunmuş tipik "Dövran"ı yarada bildi.

"Röya" rolunun ifaçısı aktrisa Münəvvər Əliyeva isə özünə xas incə ştrixlərlə öz obrazının öhdəsindən gəldi. Aktrisa Sevinc Əliyevanın yaratdığı "Ceyran" obrazı tamaşanın ümumi koloritinə böyük təsir göstərdi. Aktyor Kazim Həsənquliyevin "Elman" obrazı insanlığa bir çağırış idi. Onun fəryadına biganə qalmaq mümkün olmadı. Aktyorlar: Mirzə Ağabəyli, Almaz Amanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova, Aslan Şirin öz rollarının öhdəsindən layiqincə gəldilər. Bütün yaradıcı qrupu təbrik edirik və qeyd etmək istəyirəm ki, müasirlərimizi səhnədə görmək biz tamaşaçılar üçun olduqca maraqlı və əhəmiyyətlidir.

Təranə Feyzullayeva
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031