manera.az
manera.az

Ruhlar şəhəri- Təranə Feyzullayeva yazır

📅 13.03.2017 20:53

Ruhlar şəhəri- Təranə Feyzullayeva yazır


Təranə Feyzullayeva

Köhnə bir dostumla illərdir görüşmürdük, təsadüfən facebookda qarşılaşdıq...Tez tez yazışır, hal əhval tuturduq, görüşməyə vaxt tapmırdıq.

Bir gün hiss etdim ki, face-dən yoxa çıxıb, narahat oldum, zəng etdim. "Niyə yoxsan?" -dedim. "Bilirsən mənlik deyil, bezdim elə bil "ruhlar şəhərindəsən"-sakit, səssiz, mənimki canlı ünsiyyətdir"-dedi. "Haqlısan, mənim də bezdiyim anlar olur..." dedim.

Təkid etdi ki, bir kafedə görüşək, razılaşdım...Görüşdük. Səssizlik, musiqi, xatirələr, gənclik illərini yada saldıq... Nə qədər xoş, sevincli anlar yaşadım...

Axşamüstü evə qayıdanda elə bil ruhum təzələnmişdi... Biraz uzanıb, kitab oxumağa başladım. Dostum haqlı idi...

Bəzən bir anlıq canlı ünsiyyət bir ömürə bədəl olurmuş... Bu fikirlərlə yuxuya getmək istəyirdim ki, telefonum əsməyə başladı. Əlimi uzatmaq istəməsəm də qeyri ixtiyarı əlim telefona uzandı. Mənə yeni bildiriş gəlmişdi. Hər şeyi unudub, köhnə vərdişimə başladım... Vaxtı, saatı, məsafəni unudaraq... "Ruhlar dünyası"nın sakininə çevrildim... Görəsən dostum haqlı idi, yoxsa mən?...

MANERA.AZ


Baxış sayı - 3 103 | Yüklənmə tarixi: 13.03.2017 20:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031