manera.az
manera.az

Tələbələr MMM-də olublar MANERA.AZ


Tələbələr MMM-də olublar   MANERA.AZ
Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik” fakültəsinin birinci kurs tələbələri Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olmuşlar.

Tanışlıq məqsədi daşıyan görüşdə tələbələri salamlayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi onlara Mərkəz haqqında geniş məlumat verərək bildirdi: “Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 18 ildir Azərbaycanda fəaliyyət göstərən yeganə ərəb mədəniyyət mərkəzidir. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri də nəinki mədəniyyət, eləcə də adından məlum olduğu kimi təhsil və elm sahəsində əməkdaşlıq həyata keçirilməsindən ibarətdir. Misir Mədəniyyət Mərkəzi Turizm və Menecment Universiteti ilə də sıx əməkdaşlıq edir.
Bundan başqa Universitetin “Turizm və otelçilik” ixtisasının tələbələri üçün Misirdə istehsalat təcrübəsi həyata keçirilməsi üçün danışıqlar aparılır və yaxın zamanlarda bu barədə məlumat veriləcək ”.

Sonra Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi turizm sahəsində geniş təcrübəyə malik Misirin turzim zonaları, orada fəaliyyət göstərən yüksək səviyyəli otellər barədə məlumat verdi. Tələbərin ixtisasları ilə əlaqədar suallar Mərkəz rəhbəri tərəfindən cavablandırıldıqdan sonra Misirin turizm imkanlarını əks etdirən video çarx nümayiş olundu.
Azərbaycan Turizm və Menecment Universiteti ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əməkdaşlığa əsasən mütəmadi şəkildə tələbələrin Mərkəzə ziyarəti həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI