manera.az
manera.az

Deputat Azərbaycan-Misir əlaqələrindən danışıb MANERA.AZ

📅 02.06.2016 12:22

Deputat Azərbaycan-Misir əlaqələrindən danışıb MANERA.AZ

Milli Məclisin deputatı Hikmət Babaoğlu Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydinin dəvəti ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub.

MANERA.AZ xəbər verir ki, tanışlıq məqsədilə baş tutan görüşdə Azərbaycan və Misir mədəniyyətləri ətrafında müzakirələr aparılıb, ölkələr arasında təhsil, mədəniyyət və turizm əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən danışılıb. Mərkəzin binasında fəaliyyət göstərən kitabxanada Azərbaycan-Misir əlaqələrindən bəhs edən kitablarla tanışlıq olub.

Mədəniyyət, təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə müştərək mədəni tədbirlərin təşkili, bu sahədə əlaqələrin genişləndirilməsi, mövcud əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib. Görüşdə iki ölkə arasında təhsil sahəsində də münasibətlərin inkişaf etdiyi diqqətə çatdırılıb, müxtəlif təhsil müəssisələri arasında əməkdaşlıq anlaşmalarının əldə olunmasının buna əyani nümunə olduğu vurğulanıb.


Baxış sayı - 1 966 | Yüklənmə tarixi: 02.06.2016 12:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031