manera.az
manera.az

Afaq Bəşirqızı və Valeh Kərimov yenidən səhnədə

📅 13.02.2017 10:22

Afaq Bəşirqızı və Valeh Kərimov yenidən səhnədə


Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanan tamaşanın məşqləri davam edir. Quruluşçu rejissor teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovdur.

Teatrın direktoru İslam Həsənov AZƏRTAC–a bildirib ki, bu əsər hələ illər öncə Sumqayıt teatrında uğurlu səhnə həllini tapıb. Yeni quruluşun fərqi isə rejissor yanaşması ilə bərabər, həm də aktyor ansamblındakı özəllikdir. Belə ki, respublikanın xalq artistləri gülüş ustası Afaq Bəşirqızı və Valeh Kərimov xüsusi dəvətlə teatrın yeni kreativ layihəsinə qatılıblar. Sumqayıtlılar komediyadakı Səməni və Seyfi obrazlarını tezliklə bu sevilən aktyorların ifasında görüb məmnun qalacaqlar.

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 449 | Yüklənmə tarixi: 13.02.2017 10:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031