manera.az
manera.az

Sumqayıt teatrı növbəti mövsümün açılışına hazırlaşır

📅 21.11.2016 10:13

Sumqayıt teatrı növbəti mövsümün açılışına hazırlaşır

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 48-ci mövsümün açılışına hazırlaşır. Teatr mövsümün ilk tamaşası kimi M.F.Axundzadənin “Hacı Qara” komediyasını təqdim edəcək.

Teatrın direktoru İslam Həsənov Manera.az–a bildirib ki, 1957-ci ildə tikilən binada yüksək zövq və keyfiyyətlə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Noyabrın 22-də teatr növbəti mövsümünü Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmovdur.

Traktovkası və aktyor improvizəsi ilə fərqlənən Sumqayıt teatrının "Hacı Qara”sında baş qəhrəman rolunu istedadlı aktyor Akif Mirzəyev oynayacaq. Əsas rolları Əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, aktyorlar İlham Səfərli, İlahə Səfərova və başqaları təqdim edəcəklər.

Açılış mərasimində şəhər rəhbərliyinin, respublikanın tanınmış ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.


Baxış sayı - 1 311 | Yüklənmə tarixi: 21.11.2016 10:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031