manera.az
manera.az

“İrəvanda xal qalmadı” tamaşası nümayiş olunub MANERA

📅 28.01.2016 10:56

 “İrəvanda xal qalmadı” tamaşası nümayiş olunub MANERA
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı heyəti şair-dramaturq Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerasını təqdim edib.

Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa ötən əsrin 80-ci illərdə Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir.

Tamaşada əsas rolları Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar Əjdər Zeynalov, Könül Əbilova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və başqaları ifa ediblər.

Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmış səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadə, rejissor assistenti Rövşən Cəfərovdur.


Baxış sayı - 1 703 | Yüklənmə tarixi: 28.01.2016 10:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031