manera.az
manera.az

Redaktorlar kitab oxuyurmu?- SORĞU |MANERA.AZ

Redaktorlar kitab oxuyurmu?- SORĞU  |MANERA.AZ


Manera.az xəbər saytlarının baş redaktor və redaktorları ilə kiçik sorğu keçirib, onların hazırda kitab oxuyub-oxumadığı ilə maraqlanıb.

Redaktorlar kitab oxuyurmu?- SORĞU  |MANERA.AZ

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov hazırda 3 kitab oxuduğunu deyir: "Mən adətən 3 kitabı paralel oxuyuram, onlardan biri bədii, biri siyasi, biri isə elmi olur. Hazırkı üçlüyüm belədir: Alber Kamyu, "Padeniye" (Azərbaycanca adının necə tərcümə olunduğunu bilmirəm),Erik Uolberq, "Postmodern imperializm", İqor Akimuşkin, "Əyləncəli biologiya"".

Redaktorlar kitab oxuyurmu?- SORĞU  |MANERA.AZ

Axar.az saytının baş redaktoru Anar Niftəliyev kitab oxumağa vaxtının olmadığını deyir: "Demək olar ki, vaxt olmur. Saytımız 18 saat işləyir, həm də bir neçə dildə, yatmağa belə çox az vaxt qalır".

Redaktorlar kitab oxuyurmu?- SORĞU  |MANERA.AZ

Femida.az saytının redaktoru Günay Arda deyir: "Əvvəlcə təəssüf etdiyim bir məsələni qabartmaq istəyirəm. Çox üzülürəm ki, ölkədə bukinistlik mədəniyyəti çox aşağı səviyyədədir. Heç kimə sirr deyil ki, birinci əl kitabların satış qiyməti çox yüksəkdir. Klassik ədəbiyyat və başqa dəyərli kitabları yeni nəşrdə almaq baha başa gəlir. Sovet vaxtı kitabxana və oxu zallarına getmək adəti də çoxdan tarixin tozlu qatlarında gizlənib. Oxumaq, mütaliyə etmək adət , ritual halına salınmalıdır. Necə ki, qidalanmaq və başqa təbii ehtiyaclar olmadan insan yaşaya bilməz, insan özündə mütaliəni bu cür tərbiyə etməlidir. Bu işi məktəblər görməlidir. Şəxsi mütaliəmə gəlincə, hər gün mütaliə rejimindəyəm. Bunu uşaqlıqdan adət halına gətirmişəm. Elektron və səsli materialları oxumaq daha rahatdır. Gündəlik həyatımız praqmatikliyi və aktivliyi tələb edir. Paralel bir neçə kitabı oxumağı adət etmişəm. Çarlz Bukovskinin yaradıcılığını son günlərdə tamamlamışam. Hazırda Adam Fawerin “Empati”, Kroketinin “Qar əriyəndə” kitabını oxuyuram. Çox təsirlidir. Əsərin qəhrəmanı Vilo yaxşı ovçu olmağına rəğmən, dağlarda tək yaşamalı olur. Gündəlik həyatımızda 1 ay sonranın hava proqnozunu öyrənə biləcyimiz halda Vilonun bu vəziyyətə düşməyi ayrıca bir sirli hekayədir. Ən son bitirdiyim kitab isə Sacide Kurunun “Badımcan rəngi” kitabıdır. Kitabda Şərqin bitib-tükənməz qadın dərdlərindən, uşaq yaşlarında ərə verilib həyatı alt-üst edilən qız uşaqlarından danışılır. Birinci adını çəkdiyim kitab – “Empati”də hamı var. Müəllif kitabında deyir ki, həyat sənin əlindədir, arzularını isə idarə edə bilməzsən".

Redaktorlar kitab oxuyurmu?- SORĞU  |MANERA.AZ

Bəxtiyar Əlirzayev də son zamanlar kitab oxumadığını qeyd edir: "Son vaxtlar az-az halda bədii kitab oxuyuram. Nəsə bir özəlliyi olmasa, oxumuram demək olar ki. İndi daha çox elmi materiala və yaşam tərzimi asanlaşdıracaq kitablara üstünlük verirəm. Məncə, belə daha yaxşıdı. Çünki bir yerə gəldikdən sonra bədii kitablar adama çox az şey verir. Oxumağa heç həvəsim olmadıqda isə sənədli filmlər izləyirəm. Çox faydalıdır".

Redaktorlar kitab oxuyurmu?- SORĞU  |MANERA.AZ

Əziz Əlibəyli hər gün kitab oxuyanlardandır: "Hər gün kitab oxuyuram. İşdə və evdə demək olar ki, bunu etmək mümkün deyil.
Amma yolboyu: metroda, marşrutda hər gün mütaliə edirəm. Maraqlısı odur ki, artıq o qədər bu formada oxumağa aludə olmuşam ki, başqa yerdə kitab oxuya bilmirəm. Gündə maksimum 70 səhifə oxuya blirəm".

Redaktorlar kitab oxuyurmu?- SORĞU  |MANERA.AZ

Bahadur Qobustan da hər gün kitab oxuduğunu deyir: "Düzünü desəm, hər gün mütləq bir neçə səhifə də olsa, kitab oxumasam, o günün boşa getdiyini düşünürəm. Hər gün bir saat kitab vaxtım var: Saat 23-24 arası. Amma bu vaxt uzana da bilər. Yuxu tutmasa, iki saata yaxın davam edirəm. Təəssüf ki, daha çox vaxt ayıra bilmirəm".

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728