manera.az
manera.az

Kitab oxuyanlara pulsuz gediş | MANERA.AZ

📅 20.08.2015 15:46

Kitab oxuyanlara pulsuz gediş | MANERA.AZ

Kitab oxuyanlara avtobuslar pulsuz olacaq

Romanın Kaloşvar şəhərinin bələdiyyə başçısı Emil Borc kitab oxuyan vətəndaşların avtobusdan pulsuz istifadə edə biləcəyinə aid sənəd imzalayıb.

Manera.az xəbər verir ki, qərarının məqsədinin "daha çox adamı kitab oxumağa təşviq etmək" olduğunu söyləyən fikrin sahibi Viktor Miron əvvəlcə xəyal olan bu layihənin ilk olaraq 4-7 İyunda gerçəyə çevrildiyini bildirib.

Miron "birini kitab oxumadığı üçün aşağılamaqdansa, kitab oxuyanları mükafatlandırmağın daha əhəmiyyətli olduğunu" söyləyib.

Mironun kitab oxumaqla əlaqədar digər layihələri arasında, facebook profil fotoşəkillərinin kitab fotoşəkiliylə dəyişdirilməsini nəzərdə tutan "Bookface" də var.

"Bookface" layihəsinə qatılan insanlar, müəyyən mağazalarda və restoranlarda endirim ala biləcəklər.

Manera.az


Baxış sayı - 1 980 | Yüklənmə tarixi: 20.08.2015 15:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031