manera.az
manera.az

“Unutmağa kimsə yox...” Türkiyədə çap olundu

📅 14.12.2016 13:39

“Unutmağa kimsə yox...” Türkiyədə  çap olundu
Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanlarından sonra bu trilogiyanın sonuncu romanı “Unutmağa kimsə yox...” (Kemal Abdulla. “Unutmağa kimse yok...”, Ankara 2016) da Türkiyənin məşhur “Bengü” nəşriyyatında nəşr edilib.

Axar.az xəbər verir ki, bir müddət əvvəl Moskvada işıq üzü görən bu roman indi türk oxucusuna nəfis tərtibatda təqdim edilib. Romanı türk dilinə çevirən və ön sözün müəllifi İstanbul Yedditəpə Universitetinin dosenti Arif Acaloğludur.

Kitabın ön sözündə roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya romanı daha dərindən anlaması üçün ipucları verilir. Arif Acaloğlu bu romanı dil sərhədlərini aşan və yalnız alternativ təhlillərlə qavranıla bilən kitab kimi dəyərləndirir.

Kitabın üzündə Azərbaycanın ən uca zirvəsi olan Bazardüzünün şəkli yer alıb. Kitabın arxa üzündə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr haqda məlumat əksini tapıb./axar.az


Baxış sayı - 1 913 | Yüklənmə tarixi: 14.12.2016 13:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930