manera.az
manera.az

Elçinin romanı nəşr olunub _MANERA

📅 08.02.2016 16:53

Elçinin  romanı nəşr olunub _MANERA
Bu günlərdə Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı Türkiyənin ən nüfuzlu nəşriyyatlarından olan “Ötüken” tərəfindən yenidən çap olunub.

romanı türk dilinə görkəmli türk ədəbiyyatşünası, professor Əli Duymaz uyğunlaşdırıb və kitaba Elçinin yaradıcılığı haqqında geniş “Ön söz” yazılıb.

“Mahmud və Məryəm” romanı Türkiyədə müxtəlif nəşriyyatlar tərəfindən dəfələrlə nəşr edilib, səhnələşdirilib. Roman əsasında qardaş respublika ilə Azərbaycanın ilk müştərək filmi çəkilib və bir çox ölkələrdə müvəffəqiyyətlə nümayiş olunub. Filmlə bərabər, üç seriyalı televiziya filmi də hazırlanıb.

Qeyd edək ki, “Mahmud və Məryəm” Xalq Yazıçısı Elçinin Türkiyədə nəşr olunmuş sayca iyirmi beşinci kitabıdır.


Baxış sayı - 1 645 | Yüklənmə tarixi: 08.02.2016 16:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031