manera.az
manera.az

Tanınmış aktyor avtomobil qəzasında dünyasını dəyişdi

📅 30.11.2016 16:13

Tanınmış aktyor avtomobil qəzasında dünyasını dəyişdi
Türkiyəli tanınmış aktyor avtomobil qəzasında dünyasını dəyişib

Məlumata görə,qəza saat 06.30 saatlarında İstanbul Sarıyer ərazisində meydana gəlib.İdarəetmni itirən başqa bir avtomobil əvvəl səkiyə, sonra isə şəhər istiqamətində hərəkət edən aktyor Erdal Tosunun maşınına çırpılması nəticəsində ağır qəza baş verib. Avtomobildə sıxılıb qalan 53 yaşlı aktyor dünyasını dəyişib.Erdal Tosun bir neçə müddətdi böyrək xəstəliyi olduğunu və səhər dialezə getmək üçün yola çıxıb

Qeyd edək ki, Erdal Necdet oğlu Tosun 1963-cü ildə İstanbulda doğulub.1981-ci ildə "Mine" adlı filmlə kinoya başladı. Antalya Dövlət Teatrında Memar Sinan Universiteti Dövlət Konservatoriyasında məzun olduqdan sonra şəxsi Özəl Teatrı qurdu. Daha sonra Antalya Dövlət Teatrında vəzifəyə başladı ordan işdən çıxandan sonra Beşiktaş Mədəniyyət Mərkəzində aktyorluq fəaliyətinə başlayıb.TBədii filmlər və seriallarda rol alan aktyorun ölümü hər kəsi şok edib.Erdal Tosunun atası, Yeşilçamın tanınmış aktyoru Necdet Tosun da, 48 yaşında avtomobil qəzası nəticəsində dünyasını dəyişib.Erdal Tosun yaddaşlarda "Eyvah Necdet" surəti ilə qalıb.

Turan Etibaroğlu


Baxış sayı - 1 193 | Yüklənmə tarixi: 30.11.2016 16:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031