manera.az
manera.az

Gənc aşığın vəziyyəti ağırdır - QƏZA | MANERA.AZ

📅 03.08.2015 17:04

Gənc aşığın vəziyyəti ağırdır - QƏZA | MANERA.AZ

Azərbaycanın bir qrup mədəniyyət işçisi cəbhə xəttində hərbi xidmət keçən əsgərlərə konsert verməyə gedərkən Kürdəmir rayonu ərazisində avtomobil qəzasına uğrayıblar. Hadisə dünən günorta radələrində baş verib.

Qəzaya düşənlər Dirli Qurbani Məclisinin üzvü olan aşıqlar da daxil 5 nəfər olublar. Aralarında xanımlar da var. Onlardan 4-nün yüngül xəsarət aldığı, 1-nin isə vəziyyətinin ağır olduğu bildirilir.

Vəziyyəti ağır olan şəxs Dirli Qurbani Məclisinin gənc üzvü, aşıq Dərya Mərdanzadədir. Dirili Qurbani Məclisindən aldığımız xəbərə görə, gənc aşıq Dərya Mərdanzadə Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Baş-beyin nahiyəsindən ağır xəsarət almış gənc aşığın üzərində cərrahiyyə əməliyyatı aparılır. /Modern.az


Baxış sayı - 3 637 | Yüklənmə tarixi: 03.08.2015 17:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031