manera.az
manera.az

Musiqili Teatrın aktyoru vəfat edib

Musiqili Teatrın aktyoru vəfat edib


Azərbaycan Dövlət Musiqili Teatrının qocaman aktyoru Ziyadxan Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, mərhum aktyor doğulduğu Şamaxı rayonunda dəfn olunacaq.
Ziyadxan Azad oğlu Cəbrayılov 1 iyun 1947-ci ildə Şamaxı rayonunda dünyaya göz açıb. 1970-ci ildə Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı Xalq Yaradıcılıq Evində «Qaravəlli» xalq teatrının rejissoru vəzifəsində çalışıb. 1975-ci ildə Əbilov adına Mədəniyyət Evinin Təşviqat briqadasının rəhbəri olub. 1977-ci ildə İncəsənət İnstitutunun «Musiqili-komediya aktyorluğu» fakultəsinə qəbul olunub. 1985-ci ildə «İRS» folklor ansambılında aktyor kimi fəaliyyətə başlayıb. 1970-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında (Azərbaycan Dövlət Musiqili Komediya Teatrında) aktyor kimi çalışıb. Teatrda işlədiyi müddət ərzində Əbülhəsən (“Subaylarınızdan görəsiniz”, S. Ələsgərov), Kar Möhsüm (“Beş manatlıq gəlin”, S. Rüstəmov), Həkim (“Hicran”, S. Rəhman, E. Sabitoğlu), Aşbaz (“Məlikməmmədin nağılı”), Qəzetçi Səfdər (“Özümüz bilərik”, S. Ələsgərov), Fərrux kişi (“Nəğməli Könül”, E. Sabitoğlu, X. Hasilova), Biznesmen (“Məsmə xala dayımdır”, R. Mustafayev), Canavar, Meşəbəyi (“Qırmızıpapaq”, Y. Şvarts, E. Sabitoğlu), Axund Vəli (“Bir saat xəlifəlik”, R. Şəfəq), Kələntər (“Hərənin öz ulduzu”, S. Ələsgərov), Xəstə (“Məhəbbət oyunu”, C. Quliyev), Cangüdən (“Səhnədə məhəbbət”, S. Fərəcov), Yunis (“Talelər qovuşanda”, R. Hacıyev), Polis (“Əlin cibində olsun”, O. Rəcəbov), Sələmçi (“Bir günlük siğə”, S. Fərəcov), Jevakin (“Evlənmə”, N.V. Qoqol), Molla Salman (“Kimyagər”, S. Kərimi, Ə. Ol), Əcnəbi (“Qızıl toy”, O. Kazımi, R. Heydər), Zərgər (“Bankir adaxlı”, E. Sabitoğlu, T. Vəliyeva), Polis (“Şeytanın yubileyi”, O. Rəcəbov), Axund (“Toya bir gün qalmış”, Ə. Səmədli) və başqa obrazları özünəməxsus ustalıqla canlandırıb.

Allah rəhmət eləsin!

Turan Etibaroğlu
Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930