Prezident gənc məhbusları azadlığa buraxdı

Misir Prezidenti Abdul Fəttah Əl-Sisinin imzaladığı əfv sərəncamı ilə 82 misirli gənc cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.
Yeni əfv olunmuş məhbuslar müxtəlif ittihamlarla, əsasən qeyri-qanuni etirazlara görə azadlıqdan məhkum olunmuşdular. Siyahıya əsasən universitet tələbələri, o cümlədən televiziya aparıcısı və tədqiqatçı İslam Əl-Bəhri eləcə də iki jurnalist də daxildir.
Gənc məhbusların siyahısı Prezident tərəfindən yaradılmış müstəqil komitənin tövsiyələri əsasında ötən ay Şarm Əl-Şeyxdə keçirilən birinci Gənclər Konfransında tərtib edilmişdir. Komitənin heyətinə gənc nümayəndələr və görkəmli siyasi xadimlər daxildir.
Sərəncam bu il ərzində Prezident Sisi tərəfindən imzalanan dördüncü əfv sərəncamıdır. Əfv məsələləri üzrə komitə öz işini növbəti dəfə gənc məhbusların azadlığa buraxılması üçün Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Milli Şura ilə razılığa gələrək birlikdə davam etdirəcəklər.
Prezidentin bu əfvi uğurlu və məhsuldar nəticə olaraq göstərilir.