manera.az
manera.az

“Yalnızlığın bal ayı” təqdim olunacaq

📅 10.11.2016 15:00

“Yalnızlığın bal ayı” təqdim olunacaq
Noyabrın 13-də Kitabevim.az-da Müşfiq XANın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji-məhhəbət romanının Bakıdakı ilk təqdimat və imza günü keçiriləcək. Görüş günü müəllifin bütün kitabları 30 faizlik endirimdə olacaq.

Qeyd edək ki, roman InTravel Az turizm agentliyinin təqdim etdiyi “Kitab oxu, Səyahət qazan” kampaniyası ilə işıq üzü görüb. Bu da oxuculara Şimali Kiprə səyahət bileti qazanmaq imkanı verir.

Romanın süjetindən

Həyatının düzənini dəyişməyə çalışan gənc kimya müəllimi Eva və gələcəklə bağlı yenicə planlar qurmağa başlayan şagirdi Nel o zaman ayılırlar ki, artıq bir-birinə dəlicəsinə aşiqdilər.
Geriyə yol yoxdu... İkisi də tərəddüd içindədi...
Aşiq olduğunu öncə kim etiraf etməlidi?
Ya da ikinci olub “Səni sevirəm!” kəlmələrini nə zaman söyləməli?
Ehtiyatla qoruduqları sirr dərinləşən münasibətlərinə təsir edə biləcəkmi?
Doğrudanmı hamının söylədiyi kimi sevgi heç bir əngəl tanımır?
Bəs ətraflarında hər kəs onlara qarşıdırsa, necə?
Sevgilərini sonsuza qədər yaşaya bilmələri üçün tabuları yıxmağı bacaracaqlarmı?
Gözlənilməz bir eşqin hekayəsi...

Görüşə bütün mütaliə həvəskarları dəvətlidir.

Tədbir saat 14:00-da başlayacaq.

Ünvan: Nəsimi ray, Puşkin küç. 32, AK Center II mərtəbə (28 may m/s)
Tel.: (+99455) 877 24 44, (+99412) 498 79 89



Baxış sayı - 1 452 | Yüklənmə tarixi: 10.11.2016 15:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031