manera.az
manera.az

Müəlliflər “O2”, “Uzaqdasan soyuqdur”- deyirlər - İMZA GÜNÜ

📅 23.04.2015 19:08

Müəlliflər “O2”, “Uzaqdasan soyuqdur”- deyirlər - İMZA GÜNÜ
2 may saat 16-00-da
2 may saat 16-00-da kitabevim.az-da tanınmış yazıçı Kənan Hacının “Uzaqdasan soyuqdur” adlı kitabının imza günü keçiriləcək.

Müəllif manera.az-a bildirib ki, “Uzaqdasan soyuqdur” kitabı son illərdə yazılmış şeirlərdən ibarətdir. Kitabın adı eyni adlı şeirdən götürülüb. Sayca 8-ci, şeirlərdən ibarət 2-ci kitabıdır. "Özündən qaçmaq olmur” ilk şeir kitabı 2009-cu ildə çap olunub.

Eyni gündə, həmin məkanda, eyni saatda detektiv janrda qələmə aldığı romanları ilə tanınan Müşfiq Xanın “O2” şeirlər kitabının da imza günü keçiriləcək. Xatırladaq ki, “O2” sayca 9-cu, “O” (2012) adlı şeir, pritça və esselər toplusundan sonra müəllifin ikinci şeir kitabıdır.

Ortaq oxucu sayının çox olmasını nəzərə alaraq müəlliflər eyni gündə imza günü keçirib, həm də oxucularını yormamaqla yenilik etmək niyyətində olduqlarını bildirmişlər.

Manera.az


Baxış sayı - 2 262 | Yüklənmə tarixi: 23.04.2015 19:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031